Bakıda 14 yaşlı qız itkin düşüb.
"Report"un əldə etdiyi məlumata görə, hadisə avqustun 6-da paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində qeydə alınıb.
Belə ki, 2008-ci il təvəllüdlü Dünyamalıyeva Zəhra Sulduz qızı 16:00 radələrində nənəsinin yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsindəaraşdırma aparılır.


Şərhlər