Menu

Mask “Tesla”nın səhmlərini təxminən 7 milyard dollara satıb

10.08.2022, 11:28
Mask “Tesla”nın səhmlərini təxminən 7 milyard dollara satıb

İlon Mask yaradıcısı olduğu “Tesla” şirkətinin 7,9 milyon səhmini 6,88 milyard ABŞ dollarına satıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyasının (SEC) sənədlərindən məlum olur.

Xatırladaq ki, “Twitter”in alınması ilə bağlı müqavilə bağlayarkən Mask “Tesla”nın 4 milyard ABŞ dolları dəyərində səhmlərini satmışdı. Lakin daha sonra sosial şəbəkədə saxta hesabların sayının çoxluğunu əsas gətirərək bu müqaviləyə xitam vermişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol