Menu

Səfər Mehdiyevi saxlayan polislərin işdən çıxarılıb? - DİN-dən açıqlama

10.08.2022, 14:41
Səfər Mehdiyevi saxlayan polislərin işdən çıxarılıb? - DİN-dən açıqlama

Daxili İşlər Nazirliyi (DİN) Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevi saxlayan yol polislərinin işdən çıxarılması ilə bağlı iddialara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”un sorğusuna cavab olaraq bildirib ki, yol polislərin daxili işlər orqanlarından xaric olunması iddiaları əsassızdır.

“Həmin məlumatlar həqiqəti əks etdirmir”, - DİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, bir neçə gün öncə Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin idarə etdiyi avtomobilin saxlanmasını əks etdirən görüntülər yayılıb. Hadisə vaxtı keçmiş sədr idarə etdiyi “Mercedes Galendevagen” markalı, 90 AA 978 dövlət qeydiyyat nişanlı avtomobildən düşərək yol polisi əməkdaşlarına hirslənib.

Bu gün isə həmin yol polislərinin polislərin daxili işlər orqanlarından xaric olunması ilə bağlı məlumatlar yayılmışdı.

Şərhlər

Amon 2022-08-10 17:46:46

Ele de deyir ki general polkovnik mehdiyev ele bil cebhe bolgesinde dusmenle vurusub kabinetde oturub xalqin pulunu yemisende

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol