Menu

Leyla Əliyeva İslamiadada Azərbaycan güləşçilərinin çıxışlarını izləyir - FOTO

10.08.2022, 15:48
Leyla Əliyeva İslamiadada Azərbaycan güləşçilərinin çıxışlarını izləyir - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarının çıxışlarını izləyir.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, L.Əliyeva hazırda Konya Texniki Universitetinin idman zalında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və baş katib Azər Əliyevlə birlikdə güləş yarışlarını izləyir.

Qeyd edək ki, bu gün Azərbaycanın sərbəst və qadın güləşçiləri mübarizəyə başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol