Menu

Rusiya Qara dəniz boğazlarında gizli hərbi yüklər keçirir - Kəşfiyyat mənbələləri

10.08.2022, 20:29
Rusiya Qara dəniz boğazlarında gizli hərbi yüklər keçirir - Kəşfiyyat mənbələləri

İyulun sonunda başlayaraq Suriyadan Rusiyaya hərbi texnika daşınır. Bu barədə "Bloomberg" agentliyi ABŞ hökumətindəki və Avropa kəşfiyyatındakı mənbələrə istinadla xəbər yayıb.

Qeyd olunur ki, bu günlərdə Rusiyaya məxsus "Sparta II" ticarət gəmisi də bu məqsədlə adçkilən ölkənin Tartus limanından Novorossiysk şəhərinə gəlib. Onun ən azı 11 ədəd hərbi texnika daşıyıdığı məlum olub. Gəmi ABŞ-ın sanksiyaları altında olan "Oboronlogistics" şirkətinə məxsusdur.

ABŞ və Avropa İttifaqı hesab edir ki, Rusiya dəfələrlə Qara dəniz boyunca hərbi texnikanı daşımaq üçün ticarət gəmilərindən istifadə edib və bununla da Bosfor və Dardanella boğazlarına qoyulan keçid qadağasını pozub.

Xatırladaq ki, Türkiyə Rusiyanın Ukraynanı işğala başladıqdan qısa müddət sonra boğazlardan hərbi gəmilərin və yüklərin daşınmasına qadağa qoyub. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol