Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində palçıq vulkanı püskürüb.
Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.
Qeyd olunub ki, hadisə avqustun 11-də yerli vaxtla 09:36-da qeydə alınıb.
Baş vermiş vulkanın stansiyalardan gələn dalğaların gəlmə vaxtı əsasında palçıq vulkanının püskürməsinin aktivləşmə dövrü 05:36, dərinliyi h-3, püskürmənin davamlılığı 5dəq. 12san., püskürmə zamanı ayrılan seysmik enerjisi Е=0.6×107 təyin olunub.
Vulkan Gobu, Nardaran, Gala, Gobustan, Şirvan, Qusar stansiyalarda qeydə alınıb.
***
Bakının Qaradağ rayonunda vulkan püskürüb.
"Report"un məlumatına görə, hadisə Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb.
Müvafiq qurumların əməkdaşları hadisə yerinə yollanıb.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.


Şərhlər