Menu

Ukrayna Prezident Ofisi müharibənin başa çatmasının şərtini açıqlayıb

11.08.2022, 12:56
Ukrayna Prezident Ofisi müharibənin başa çatmasının şərtini açıqlayıb

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak müharibənin başa çatmasının şərtini açıqlayıb.

“Report” xəbər verir ki, o, bu barədə teleqram kanalında yazıb.

“Bundan ötrü Rusiya iqtisadiyyatı qısa müddətdə çökdürülməlidir. Qaz embarqosu tətbiq etmək və Rusiya neftinin ixracına məhdudiyyətləri sərtləşdirmək lazımdır”, - A.Yermak bildirib.

O deyib ki, Avropa İttifaqının neft sanksiyası gələn il Rusiya iqtisadiyyatına ciddi ziyan vuracaq: “Qaz embarqosu isə Rusiya üçün ölümcül olacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol