Menu

"Ermənistanla normallaşma prosesi davam edir, bəzi addımlar atılıb" - Mövlud Çavuşoğlu

11.08.2022, 20:50
"Ermənistanla normallaşma prosesi davam edir, bəzi addımlar atılıb" - Mövlud Çavuşoğlu

"Ermənistanla normallaşma prosesi davam edir, bəzi addımlar atılıb".

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Bu, Azərbaycanla koordinasiya şəklində davam edir, Ermənistanda bundan bir az narahat olurlar, amma biz şəffaf ölkəyik. Hər nə qədər normallaşma prosesi ikitərəfli olsa da, bütün Cənubi Qafqazın sabitliyi üçün hər birimizin addım atması lazımdır”, - deyə o bildirib.

Çavuşoğlu Ermənistanı bu məsələdə yayınmamağa, səmimi olmağa çağırıb: “Biz səmimiyik, Azərbaycanın da səmimi olduğunu görürük”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol