Menu

İnnovasiya və Təchizat Mərkəzi 9 milyon manatlıq tenderə yekun vurub

12.08.2022, 14:02
İnnovasiya və Təchizat Mərkəzi 9 milyon manatlıq tenderə yekun vurub

Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi dərmanların, diaqnostik, laborator və digər tibbi təyinatlı vasitələrin, ləvazimatların və materialların alınması ilə bağlı elan etdiyi 3 açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Albatros Heltkeyr" MMC, "Arash Medical Company" QSC və "Labservis LTD" MMC-dir.

Qalib şirkətlərə müvafiq olaraq 6,134 milyon manat, 918 min manat və 2,103 milyon manat, ümumilikdə 9,155 milyon manat ödəniləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol