Menu

“FTB siyasət oynamadan, istənilən vaxt sənədləri əldə edə bilərdi” - Tramp

12.08.2022, 23:49
“FTB siyasət oynamadan, istənilən vaxt sənədləri əldə edə bilərdi” - Tramp

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Floridadakı mülkündə axtarışlar zamanı tapılan sənədləri ölkənin Federal Təhqiqat Bürosuna (FTB) könüllü olaraq verməyə hazır olduğunu bildirib.

Bu barədə “Report” siyasətçinin mətbuat xidmətinə istinadən xəbər verir.

Onun sözlərinə görə, aşkar edilmiş sənədlər məxfilikdən çıxarılıb və axtarış aparıb onları ələ keçirməyə ehtiyac olmayıb.

“Onlar siyasət oynamadan və Mar-a-Lago-ya girmədən istənilən vaxt bunu əldə edə bilərdilər. FTB bu sənədləri təhvil verməsini yalnızca xahiş edə bilərdi”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol