"BU ƏMƏLİYYATDAN SONRA YÜZLƏRLƏ ERMƏNİ HƏRBÇİSİ QARABAĞDAN ÇIXARILIB" - VİDEO

"Qisas" əməliyyatından sonra yüzlərlə erməni hərbçisi Qarabağ bölgəsindən çıxarılıb. Trend-in məlumatına görə, bu fikirləri Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı bildirib: "Biz müharibədə Zəfər çalmışıq. Biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Nə üçün bizim övladlarımız müharibədən sonra ölməlidir? Nə üçün ermənilər tərəfindən öldürülməlidir? Biz buna imkan verə bilmərik. Bir daha demək istəyirəm, əgər yenə də, buna oxşar təxribat təkrarlanarsa, cavab daha da sərt olacaq, daha da peşman olacaqlar, daha da gur səslə imdad diləyəcəklər. Amma yenə də deyirəm, bizim niyyətimiz yeni müharibə başlamaq deyil. Kifayətdir. Biz istədiyimizə nail olmuşuq. Biz istəyirik ki, erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etsin. Bu, Ermənistanın öhdəliyidir, 10 noyabr 2020-ci ildə Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilib və biz buna nail olacağıq və nail oluruq.

Onu da bildirməliyəm ki, “Qisas” əməliyyatından sonra yüzlərlə erməni hərbçisi Qarabağ bölgəsindən çıxarılıb. Bu onu göstərir ki, əfsuslar olsun ki, belə əməliyyatların təsiri var. Ona görə “əfsuslar olsun” deyirəm ki, buna gətirib çıxarmaq lazım deyildi. Sadəcə olaraq, Ermənistan bizim xəbərdarlıqlarımızı düzgün təhlil edib düzgün nəticə çıxarsaydı, buna ehtiyac qalmazdı. Hər halda, birinci biz başlamamışıq. Biz istədiyimizi təmin etmişik, öz torpağımızda möhkəmlənmişik və möhkəmlənəcəyik".

635x100

Şərhlər

Sabir 2022-08-13 23:01:07

cənab Prezident, çox sağ olun, Azərbaycan xalqı ermınilərin Qarabağdan çıxarılmasını təqdirəlayiq hal sayır. Ancaq Azərbaycan Xarici İşlər Nazirliyində anti-milli ünsürləır qalmaqda davam edirlər, hətta mövqelərini günü -gündən möhkəmlədrməkdədirlər. Məmmədyarovu anlayırdıq, ancaq Ceyhun Bayramovun erməni əsillillərə üstörtülü şəkildə hamilik etməsini anlaya bilmirik.

Son yazılar