YOLUXMA SAYI AÇIQLANDI - Ölüm sayında artım oldu + FOTO

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 420 yeni yoluxma faktı qeydə alınıb, 453 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan şəxslərdən beş nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 804 585 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 791 656 nəfər müalicə olunaraq sağalıb, 9 773 nəfər vəfat edib, aktiv xəstə sayı 3 156 nəfərdir.

Ölkədə son sutka ərzində 3 303, hazırkı dövrədək isə 7 091 597 test aparılıb.

635x100

Şərhlər

Said 2022-08-13 23:30:42

Quru sərhədləri açmaq üçün maneə yoxdur. Daha doğrusu normalda quru sərhədləri açılmalıdır. Açılmırsa, deməli anormallıq var!!!!

xəstə 2022-08-13 18:53:34

Bu xəstəlik yoxdur artıq. Millət çörək pulu üçün yaşamaq uğrunda mübarizə apadığı bir vaxta heç olmasa indi insan olun insanların əsəblərini daha da korlamayın qoyun hərə bir az yaşasın

Son yazılar