Rusiyada nəşr olunan məşhur "İzvestiya" qəzetinin əməkdaşları - müxbir Kseniya Soldatova və operator Dmitriy Timofeyevin vizaları ləğv edilərək üç il müddətinə Avropa İttifaqına girişləri qadağan edilib.
“AzPolitika.info” xəbər verir ki, onlar avqustun 12-də saxlanılaraq 13-nə keçən gecə Estoniyadan deportasiya ediliblər.
"Viza etibarsız hesab edilib, qərar aşağıdakı səbəblər əsasında qəbul edilib: sözügedən qalma şərtləri və məqsədi tanınmayıb", "İzvestiya" qəzetinin qəzetinin nümayiş etdirdiyi sənəddə bildirilir.
Soldatova və Timofeyev avqustun 12-də Narvadan Tallin şəhərinə qatarla gedərkən saxlanılıblar. Onlar polisə aparılıb, telefonları əlllərindən alınıb. "İzvestiya"nın “Teleqram” hesabında bildirilir ki, əməkdaşları Estoniyaya turist kimi səfər ediblər, lakin Tallində baş verən son hadisələrə "biganə qala bilməyib" ruslara viza verilməsinin məhdudlaşdırılması və T-34 tankına qoyulan abidənin sökülməsi barədə materiallar hazırlamaq qərarına gəliblər".
“AzPolitika.info”


Şərhlər
Rusiyanın dünyanıni isteniken ölkesinde fealiyyet gösteren jurnalisti ilk növbede Casus,sonra ise guya jurnalist kimi fesliyyet gösterirler,qusadı onların 99-%-i tehlükesizlik orqanlarının ya emekdaşı ya ştatdan kenar casuslarıdır.