Menu

İrəvanda metroya bomba qoyulması xəbəri öz təsdiqini tapmayıb

14.08.2022, 23:27
İrəvanda metroya bomba qoyulması xəbəri öz təsdiqini tapmayıb

Ermənistan Fövqəladə Hallar Nazirliyinə İrəvan metropoliteninin bütün stansiyalarında partlayıcı qurğuların yerləşdirilməsi ilə bağlı xəbər öz təsdiqini tapmayıb.

“Report” Ermənistan mətbuatına istinadla xəbər verir ki, bütün metrostansiyaların fəaliyyəti dayandırılıb. Ərazilərə xilasedicilər, mütəxəssislər cəlb edilib.

İrəvan Metropoliteninin mətbuat xidməti bildirib ki, axtarışlar nəticəsində partlayıcı qurğular aşkar edilməyib və metroda iş bərpa olunub

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol