Menu

Donetskdə işğalçıların daha bir helikopteri məhv edildi - VİDEO

15.08.2022, 13:47
Donetskdə işğalçıların daha bir helikopteri məhv edildi - VİDEO

Avqustun 15-də Donetsk yaxınlığında rus işğalçılarına məxsus Ka-52 adlı döyüş helikopteri, Ukrayna Hərbi Hava Qüvvələrinin zenit-raket bölmələri tərəfindən məhv edilib.

"AzPolitika.info" xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin Komadanlığndan məlumat verilib.

Məlumatda qeyd olunub ki, son iki gündə Ukrayna Hərbi Hava Qüvvələri rus ordusunun 3 döyüş helikopterini məhv edib.

Bildirilib ki, bundan öncə də Ukraynanın "Xortitsia" qoşun qruplaşması düşmənin daha iki Ka-52 helikopterini məhv etmişdi.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, indiyə qədər məhv edilən rus helikopterlərinin sayı 195-ə çatıb.

Məlumat üçün qeyd edək ki, Ka-52 helikopterinin dəyəri təxminən 14,5 milyon dollardır.

Həmin görüntüləri təqdim edirik:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol