Menu

Bakıda keçirilməli olan dünya çempionatı Azərbaycanın əlindən alınıb

15.08.2022, 14:28
Bakıda keçirilməli olan dünya çempionatı Azərbaycanın əlindən alınıb

1-7 oktyabr tarixlərində Bakıda görmə məhdudlu idmançılar arasında təşkil edilməli olan pauerliftinq üzrə dünya çempionatı Azərbaycanın əlindən alınıb.

"Report"un məlumatına görə, yarış 1-8 oktyabr tarixlərində Misirin İsgəndəriyyə şəhərinə salınıb.

Qeyd edək ki, Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyası (IBSA) yanvarın 17-də bu dünya çempionatının Bakıda keçiriləcəyini elan etmişdi. Benç press növ də daxil olmaqla baş tutmalı olan yarış gənclər, böyüklər və veteranlar arasında keçirilməli idi. 

1 oktyabrda 10 ölkənin 100-ə yaxın ən yaxşı kişi və qadın idmançıları Bakıya gəlib "Hyatt Regency Hotel"də məskunlaşmalı, 2-3 oktyabrda göz təsnifatı keçirilməli, 4-6 oktyabrda yarış baş tutmalı idi. 

Həmçinin, bu müddətdə IBSA pauerliftinq referiləri üçün seminarın da Bakıda təşkil olunması nəzərdə tutulmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol