USUBOVUN ÖLKƏDƏN ÇIXIŞININ QARŞISI ALINIB - Avropaya getmək niyyəti baş tutmayıb

Baş Prokurorun sabiq birinci müavini Rüstəm Usubovun Avropaya getmək niyyəti baş tutmayıb.

Gununsesi.info-nun xəbərinə görə, Rüstəm Usubovun viza üçün müraciət etdiyi Avropa İttifaqı ölkələrindən birinin Bakıdakı səfirliyi ona imtina cavabı verib.

Vizaya dair imtinanın səbəbi açıqlanmasa da ehtimal olunur ki, bu, Rüstəm Usubovun adının son zamanlar “MTN İşi” çərçivəsində keçirilən məhkəmə prosesində hallanması ilə bağlıdır.

Qeyd edək ki, “MTN İşi”ndə zərərçəkənlərlə yanaşı vaxtilə MTN-də yüksək vəzifə tutanlar da Rüstəm Usubovu cinayətdə ittiham edib.

Baş Prokurorun sabiq birinci müavini qanunsuz həbslərə təqdimatda və saxta ittiham aktlarını təsdiqləməkdə günahlandırılır.

635x100

Şərhlər

Prezidentini sevən 2022-08-19 10:22:17

rüstəm Usubovun əmisi oğlu elxan Usubov 12 ildir ki, Şəkini özəlləşdiribdir..... Onun qanunsuz əməllərinə aidiyyatı qurumlarda göz yummaqda davam edir ? elxan Usubovun özbaşnalıqlarına görəsən nə vaxt son qoyulacaqdır ?

Orxan 2022-08-16 15:00:51

Niyə,qoyun gəldiyi Ermənistanına getsin, Usubyan olsun.Azərbaycana gəlməmişdən əvvəl belə deyildi?

Azərbaycanlı müəllim 2022-08-16 14:52:13

Azərbaycanda Yusif adı və soyadı mvcud olub və var.Usub adı isə tarixdə rast gəlinmir.Ama Ermənistanda kifayət qədər USUBYAN soyadlı erməni yaşamaqdadır. Ona görə əvvəlcə Usubov soyadının ortaya çıxarılması ilə maraqlanmaqda əsas vardır.Haradan.necə və üsulla Usubovlar Azərbaycanda peyda olunmaları hamı üçün maraqlı olduğundan bunun əsasını ortaya çıxarmanın mənasının böyük olduğu şübhə doğurmur.Bu usubob vəya Usubova çevrilmiş Usubyanlar AZərbaycana hansı yolla soxulub.yüksək vəzifələrətəyin olunublar?

Cəmşid Dərələyəzli 2022-08-16 10:14:22

İşlədiyi müddeetde yaramaz əməlləri ilə və imzaladığı qondarma ittiham aktları ilə əli dirsəyə qədər qana batməş bu mankurt hayla dışarda. demek. Ölkədə hüquq sistemini bu zad Zakir Qaralovla iflic edib, Ölkə Prokrorluğunu ölü bir sistemə çevirdilər. Ona görə də bunlar dışarda hele finqa atdıqları üçün qalan memurlar at oynadırlar. Ki fikrləşirlər ki, bunlara ne etdilər ki, bizə də nə etsinlər.

Son yazılar