Menu

Ebola futbola da "yoluxdu"

09.11.2014, 16:43
Ebola futbola da "yoluxdu"

Mərakeş Ebola virusu səbəbilə Afrika futbol kuboku keçirməyəcək. ANS PRESS-in məlumatına görə, Mərakeş regionda geniş yayılan Ebola virusu təhlükəsindən ehtiyatlanaraq Afrika millətlərinin 2015-ci ilin yanvarında baş tutmalı olan futbol Kubokunu keçirməmək qərarına gəlib. Bu barədə 8 noyabr, şənbə günü məlumat verilib.

Mərakeşin nümayəndələri turnirin 2016-cı ilə keçirilməsini təklif etsə də, Afrika futbol Konfedarasiyası (CAF) yarışın məhz 2015-ci ilin 17 yanvarından 8 fevrala kimi keçirilməsi barədə ultimatum göndərib.

Yarışmanın harada keçirilməsi haqqında qərar KAF-ın icraedici komitəsinin gələn həftə Qahirədə keçiriləcək iclasında qəbul olunacaq.

Xatırladaq ki, ÜST-ün 4 noyabr tarıxındə verdiyi məlumatına görə, Ebola virusundan ölənlərin sayı 4960 nəfərdir. Bu virusa yoluxanların sayı isə 13 min insndır. Eboladan ən çox ölənlər Qvineya, Liberiya və Syerra-Leonda qeydə alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol