Menu

Dünya çempionatı: Azərbaycanın 2 güləşçisi finala yüksəlib

15.08.2022, 22:44
Dünya çempionatı: Azərbaycanın 2 güləşçisi finala yüksəlib

Azərbaycanın iki sərbəst güləşçisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında finala yüksəlib.

"Report"un məlumatına görə, 65 kq-da Zirəddin Bayramov və 70 kq çəki dərəcəsində Kənan Heybətov qızıl medal görüşlərinə çıxacaqlar.

Onlar həlledici qarşılaşmada, müvafiq olaraq, özbəkistanlı Umidcan Cəlalov və ABŞ təmsilçisi Miçel Mesenbrinklə üz-üzə gələcəklər.

Qeyd edək ki, final görüşləri avqustun 16-da baş tutacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol