“YAD DİLİNDƏ İBTİDAİ TƏHSİL GENETİKANI MƏHV EDİR!" - Sabiq təhsil naziri

"Dağ başından gəlib övladını rus bölməsinə qoyan valideyin onu bədbəxt edir"

Uşaq ilkin ibtidai təhsilini hansı dildə almalıdır, ana dilində, yoxsa hansısa xarici dildə? Bu barədə çox danışlır, yazılır, bir sözlə, hələ də mübahisə pedmetidir.

Yenə rus dili, yoxsa ana dili? - mövzusu aktualdır və sosial şəbəkələrdə fikirlər haçalanır.

Bir kəsim fikrini onunla əsaslandırır ki, ana dilində ibtidai təhsil almayan uşaq azərbaycanlı olmayacaq. O, Mirzə Cəlili, Sabiri, Seyid Əzimi bilməyəcək. Onun üçün ədəbiyyat Puşkinlə başlayıb Blokla davam edəcək. Öz dilini bilməyən öz tarixini bilməz, öz tarixini bilməyən insan isə heç vaxt vətənpərvər yetişməz.

İkinci tərəf isə o fikirdədir ki, ana dilimizdə lazımi qədər ədəbiyyat, arxiv, mənbə yoxdur. Uşağın hərtərəfli yetişməsi üçün rus dilində təhsil alması lazımdır.

Yazıçı-publisist İlqar Əlfioğlu "Bizim.Media"-ya bildirib ki, uşağın hansı dildə təhsil alması onun savadlı olub - olmamasına dəlalət etmir: “Mən rus bölmələrinin bağlanmasının əlehinəyəm. Sadəcə olaraq, Azərbaycan bölmələrində təhsilin səviyyəsini qaldırmaq lazımdır ki, valideyinlər bu dildə təhsilə üstünlük versinlər. Demək istəmirəm ki, rus bölmələrində təhsil daha keyfiyyətlidir, elə deyil. Əksinə, son vaxtlar rus bölmələrində təhsil alıb təhsilsiz qalan gənclər tanıyıram. Məsələ ondadır ki, elə bir fikir formalaşıb ki, guya rus bölmələrində təhsil daha keyfiyyətlidir.

Bir məsələyə də diqqət çəkmək istəyirəm, övladlarını rus bölmələrinə qoyan valideyinlərin özünün rus dili səviyyəsini yoxlamaq lazımdır. Dağ başından gəlib övladını rus bölməsinə qoyan valideyin onu bədbəxt edir. Axı, özü o dili bilmir, uşağa heç bir yardım göstərə bilməyəcək. Uşaq bilmədiyini ondan öyrənməlidir axı”.

Keçmiş təhsil naziri Misir Mərdanovun fikrincə isə uşaq ilk təhsilini doğma ana dilində almalıdır, bunun niyəsi yoxdur: “Bunu yalnız mən demirəm, Uşunskidən tutmuş, bütün pedaqoqlar hesab edirlər və haqlıdırlar ki, uşaq ilk təhsilini ana dilində almalıdır. Ana dilində təhsil almayan uşaq təkcə dilindən deyil, folklorundan, mədəniyyətindən, milli kimliyindən uzaq düşür.

Qalan bütün dilləri sonradan da mənimsəmək mümkündür, ana dili isə sonradan mənimsənməz, insanın qanından, genindən gələr. Biz uşağı ibtidai təhsilə başqa dildə yönləndirəndə isə o genetikaya təsir göstərmiş oluruq, uşağı kökündən yayındırırıq”.  

635x100

Şərhlər

dadaşyev 2022-08-19 00:45:33

Uşaq mütləq ana dilində ibtidai təhsilini almalıdır.Əlavə olaraq ikinci,üçüncü,beşinci dil də öyrənə bilər,rus dili də o əlavə dillərdən birisi.Ana dilində ibtidai təhsil almayan uşaqlar böyüyəndə heç vaxt öz xalqının mənəvi aləminə girə bilmirlər,bütünlükdə mühit onları sıxır,nəticədə nə balıq olurlar,nə ət.

Amon 2022-08-17 13:56:54

Milletci turk qani dasiyanlari yavas yavas strateji vezifelere teyin eledikden sonra rus dili oz ozune asinib gedecek olkemizden

TARIX 2022-08-17 10:33:47

MİLLƏTİN DİLİNƏ HÖRMƏTİ ÖZÜNƏ HÖRMƏTİDİR.

TARIX 2022-08-17 09:12:34

DİLİMİZƏ MÜNASİBƏT XALQA MÜNASİBƏTDİR.İBTİDAYİ TƏHSİL MÜTLƏQ ÖZ DİLİMİZDƏ OLMALIDIR.

t.ədalət 2022-08-17 00:17:03

Sürət Hüseynav,Rəhim Qazıyev və Əlikram Hümbətov elə rus kəşfiyyatının üzvləri idilər.Ancaq rus dilində təhsil alanları daha tez casusluğa cəlb edə bilirlər.

afiq 2022-08-16 21:07:15

rus dilndə oxuyan uşaqlar rus xüsusi orqanlarının potensial müştəriləridirlər,ona görə ruslar məktəb canfəşanlıgı edirlər,ümumiyyələ rus sektoru baglanmalı,Vətəni gələcək təhdidlərdən xilas etməliyik,necə ki,dünyada da belədir

Elmira 2022-08-16 16:32:09

Rus dili rusların silshlarından biridir. Onu ukrayinalılar deyir. Əbəs yerə deyil ki ruslar öz imperiyasında bütün xalqları rusça oxumaq və iş yazışmaları rus dilində məcbur edirdilər. Misir müəllim tamamilə haqlıdır. Uşaqları ancaq öz doğma, azərbaycan dilində maarifləndirmək lazımdır. Sonra hansı dildə davam etmək istəsə öz işidir.

MRP 2022-08-16 16:08:11

Vətənə sevgi genlə bağlıdır.İnsanın təhsil aldığı dilin bu işdə rolu yox səviyyəsindədir.Ə.Hümbətov R.Qaziyev S.Hüseynov və digərləri ana dilndə təhsil almalarına baxmayaraq vətənə sadiq olmadılar.R.Əhmədov T.Həsənov və digərləri rus bölməsində təhsil alsalarda milli qəhrəman səviyyəsinə qədər yüksəlib vətənə sadiq oldular.Vətənə sevgi ailədə valideynlərin vətənə olan məhəbbətindən və uşaqlarını bu ruhda tərbiyə etməsindən asılıdır.

Veteran 2022-08-16 15:20:14

Görəsən bu millət nə vaxt ağıllanacaq ? Rus cəhənnəmə vasil olur,yenə rus kopəklərinin ..... çıxa bilmirlıər.

ppp 2022-08-16 14:14:59

t.ədalətin fikirləri - çox düşüncəsizdir. Rus dili - rusların dili. Ruslar Azərbaycan ordusunun tərkibində vuruşanda necə olur ? polkovnik-leytenant Babək Ramaldanov - Rusiyada təhsil alıb və Vətən Müharibəsində şəhid olub. Və onun kimi rus dilində təhsil alan yüzlərlə şəhidlər

t.ədalət 2022-08-16 11:45:58

rus dili və ya rus işğalı eyni şeydir.Allah bu düşmən dilini qoruyanların bəlasını versin!Biz müharibədə rus dilinin verdiyi ziyanı gördük.Rusiyada təhsil alan zabitlərin çoxu rus casusu kimi vətənimizin əleyhinə iştirak etdilər.

Son yazılar