Menu

“Qara dəniz NATO-nun strateji maraq zonasıdır” - Rumıniya prezidenti

16.08.2022, 14:51
“Qara dəniz NATO-nun strateji maraq zonasıdır” - Rumıniya prezidenti

Qara dəniz Avroatlantik təhlükəsizlik üçün NATO-nun strateji maraq zonasıdır.

Bu barədə Rumıniya Prezidenti Klaus Yohannes bəyan edib («RFİ»).

«Biz, Qara dənizin sahilində yerləşirik, cəmi bir neçə yüz kilometr məsafədə Rusiyanın Ukraynaya qarşı apardığı ədalətsiz müharibənin, silahlı münaqişənin getdiyi yerdən. Bir çoxları bizim dövrümüzdə Avropada bu müharibəni qeyri-mümkün hesab edirdi. Bu gün Qara dəniz Avroatlantik təhlükəsizliyin strateji maraq zonasıdır, bu barədə biz və müttəfiqlərimiz NATO-nun Madrid sammitinin bəyəndiyi Strateji konsepsiyasında bəyan etmişik» - o, deyib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol