“24 avqust - Ukraynanın Müstəqillik Günüdür. Bu tarixdə düşmən ordusu Belarus ərazisindən Ukraynaya hücum edə bilər”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının sözçüsü Yuri İqnat deyib.
O, bildirib ki, Ukrayna SQ-i daim düşmən qoşunlarının hərəkətlərini müşahidə edir: “Rusiyanln İl-76 yük təyyarəsi Belarusa uçursa, istisna edilmir ki, həmin təyyarə ora silah daşıyır. Bizdə müəyyən kəşfiyyat məlumatları var. Açıq mənbələrdəndə aldığımız məlumatlara görə, düşmən Belarus ərazisində öz qüvvələrini toplamaqla məşğuldur”.
“Qarşıdan böyük milli bayram - Müstəqillik günü gəlir. Düşmən həmişə belə tarixlərdə fəallq gözstərdiyü üçün, hər şeyə hazırlıqlı olmalıyıq”, - İqnat əlavə edib.
“AzPolitika.info”


Şərhlər