Krımdakı partlayışlar dəmir yolunu zədələyib - Ukraynanın materik hissəsi ilə əlaqə kəsilib

Krımda bu səhər baş verən partlayışlar nəinki elektrik yarımstansiyasını zədələyib və Rusiyanın böyük sursat anbarını məhv edib, həm də Cankoy rayonunda dəmir yolunun bir hissəsini sıradan çıxarıb. İşğalçılar bu yolu texnika və döyüş sursatını Ukraynanın materik hissəsinə daşımaq üçün istifadə ediblər.

Bu barədə təbliğatçı «TASS» işğal hakimiyyətinə istinadla xəbər verib («UNİAN»).

«Cankoy rayonundakı (Krım) dəmir yolu döyüş anbarlarında baş vermiş partlayış səbəbilə, zədələnib. Bu barədə fövqəladə hallar xidməti xəbər verib» - xəbərdə deyilir.

Qeyd olunur ki, Rusiyanın materik hissəsindən Krıma gedən qatarların marşrutu bu insident səbəbilə dəyişdiriləcək. Eyni zamanda, deputat Aleksey Qonçarenko bəyan edib ki, bu gün Ukraynanın materik hissəsi ilə Krım arasında dəmir yol əlaqəsi yoxdur.

«Cankoydakı bu zərbədən sonra Ukraynanın işğal olunmuş cənubundan Krıma gedən qatarlar dayandırılıb. Dəmir yol əlaqəsi artıq yoxdur» - deputat bəyan edib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar