Şahdağ Milli Parkının Qəbələ meşəsində baş verən yanğın söndürülüb

Qəbələ rayonunda meşə sahəsində baş verən yanğın söndürülüb.

FHN-nin Qəbələ Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Arzu Umıyev APA-nın yerli bürosuna bildirib ki, Şahdağ Milli Parkının Bum meşəbəyliyinin Tikanlı kəndi ərazisində, yüksək dağın zirvəsindəki 1 hektar meşə sahəsində baş verən yanğın bir sutka sonra söndürülüb.

Alovun qarşısının alınması üçün Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının 100-dən çox əməkdaşı, bir helikopter cəlb olunub. Yanğın ocaqları tam söndürülüb, hazırda bir neçə tüstüləyən yer nəzarətdə saxlanılır.

Yanğın çətin relyefli yüksək dağlıq ərazidə baş verdiyi üçün əraziyə yanğınsöndürən maşınların cəlb edilməsi mümkün olmayıb.

Hadisənin qarşısını almaq üçün əsasən əl əməyindən istifadə olunub.

Bu gün Qəbələ şəhərinin şimalındakı meşə sahəsində də yanğın başlayıb.

Hazırda FHN və ETSN-in yerli qurumlarının əməkdaşları və bir helikopter hadisə yerinə cəlb olunub.

İndiyədək 2 hektar meşə sahəsi yanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar