Menu

Odessaya raket zərbəsi endirilib - İstirahət mərkəzi dağılıb

17.08.2022, 09:52
Odessaya raket zərbəsi endirilib - İstirahət mərkəzi dağılıb

Ukraynanın Odessa vilayətinə raket zərbəsi endirilib.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Odessa Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Bratçuk məlumat verib.

Onun sözlərinə görə, raket zərbəsi nəticəsində istirahət mərkəzi və bir neçə fərdi yaşayış yeri dağılıb.

Hadisə nəticəsində 3 nəfərin yaralandığı bildirilir.

Qeyd olunub ki, hazırda xilasetmə əməliyyatı davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol