İNTİM VİDEOLARI YAYILAN NAZİRLİK ƏMƏKDAŞLARI İŞDƏN QOVULDU - Baş Prokurorluq araşdırmalara başladı

Baş Prokurorluq Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının intim videoları ilə bağlı məlumat yayıb.

Qurumun Mətbuat Xidmətindən bildirilib ki, bir sıra media və sosial şəbəkə səhifələrində FHN-in bir neçə əməkdaşının intim xarakterli video və fotoları yayılıb: "Qeyd edilən və digər oxşar məzmunlu faktlarla bağlı hazırda Baş Prokurorluq tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq araşdırmalara başlanılaraq aidiyyəti dövlət qurumlarına müvafiq sorğular verilməklə zəruri prosessual hərəkətlər yerinə yetirilir. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək".

"Azərbaycan Baş Prokurorluğu bir daha sosial şəbəkə istifadəçiləri və media nümayəndələrinə müraciət edərək, bu qəbildən olan həssas mövzularla bağlı etik və qanunvericilik normalarına riayət edilməsinə, insanların şərəf və ləyaqətini alçaldan ifadələrə yol verməməyə çağırır", - məlumatda qeyd edilib.

Qeyd edək ki, ötən gün iş kabinetində intim görüntüləri yayılan Fövqəladə Hallar Nazirliyinin zabiti işdən çıxarılıb. 

 FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin köməkçisi, polkovnik Zaur Mirzəyev vəzifəsindən kənarlaşdırılıb.

Həmçinin, həmin görüntülərdə yer alan nazirliyin iki qadın əməkdaşı da vəzifəsindən azad olunub.

635x100

Şərhlər

Roma 2022-08-18 14:37:13

Bütün videoları cəmləyib "Dekameron" Az. filmini yaradaq...

müxaylo 2022-08-18 11:36:46

o qadınlar .....

TT 2022-08-18 09:45:38

Ushaqda ferasete bax ) hamini alladib ,,,

Avdıl 2022-08-18 09:07:54

Ar olsun, Rəcəbov

Əflatun 2022-08-17 14:52:17

Guya video yayılmamışdan əvvəl nazirlik bunu blmirdi? Bu nazirlik yalnız oyunbazlıq,rüşvət.qanunsuzluq üzərində təşkil edilib.

Amon 2022-08-17 13:58:53

Yangindan muhafize xidmetinin polkovniki yangin sondururmus kabinetde

Mətbuat izləyicisi 2022-08-17 13:00:24

Videoları yayılan utanmazların özəl ətrafdan-vəzifədən çıxarılıb, araşdırılması əlavə xərc də olsa yaxşı və gərəkli sayılb. Ancaq, videonu özəl hissələrlə, çəkib qabardanlar neçə ailə dağıda biləcəklərini düşünmədikləri üçün və özəl müdaxiləyə görə hamısı (sifariı, çəkmə, yayım) mühakimə edilməlidirlər.

Prokuror RUHU inciməsin 2022-08-17 12:11:34

Bir video ilə neçəsini vəzifədən uzaqlaşdırmaq, neçə ailəni dağıtmaq mümkündür? Videonu çəkib, qabardana ömürlük cəza ədalət hökmünə uyğun müqəddəs cəzadır!!!

Son yazılar