Menu

Azərbaycanda taksi istifadəçilərinin sayı 18% azalıb

17.08.2022, 14:30
Azərbaycanda taksi istifadəçilərinin sayı 18% azalıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda avtobuslarla 732 036,7 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 27,6% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə minik taksilərindən 44 961,4 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 17,9% azdır.

Xatırladaq ki, ötən il Azərbaycanda avtobuslarla 1 032 999,8 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 2,1% azdır. Hesabat dövründə, minik taksilərindən 86 944 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 93,5% çoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol