İNTİM VİDEOLAR NƏ VAXT ÇƏKİLİB? - Sirlər açıldı (FOTOFAKTLAR)

Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının bir neçə gündür, sosial şəbəkələrdə dolaşan intim görüntüləri ilə bağlı daha bir maraqlı detal üzə çıxıb. Belə ki, kamera görüntülərinə əsaslanan əksər saytlar bu görüntülərin 8 il öncə - 2014-cü ildə lentə alındığını qeyd edirlər. Əslində isə görüntülər 2014-cü ildə deyil, son illərdə, hətta ola bilsin ki, bu il çəkilib.

Bakupost.az-ın məsələ ilə bağlı araşdırması zamanı maraqlı faktlar ortaya çıxıb. Belə ki, yayılan videolardakı tarix və saatla bağlı qeydlərin əksəriyyətində il 2014-ü, saat isə gecə saatlarını göstərir: 04:10, 00:47, 22:55, 23:10, 04:30 və s. 

Sözsüz ki, bütün dövlət idarələrində iş saatı 6-da başa çatır. Hətta görüntülərdəki şəxslər bir az gec çıxsalar da, onların, xüsusən də qadınların gecə 23.10 və ya səhərə yaxın - 04.30-a qədər işdə qalmaları inandrıcı deyil.

Eləcə də otağa düşən işıq, görüntü "qəhərmanları"nın gümrahlığı və söhbətlərində hadisənin gecə saatlarında baş vermədiyi aydın olur.

Digər tərəfdən, bəzi görüntülərdə Zaur Mirzəyevin qol saatındakı və stolustu saatdakı vaxt hadisənin gündüz vaxtı baş verdiyini təsdiqləyir. Daha dəqiqi, kamera görüntülərində gecə saatları göstərilsə də, digər saatlar gündüzü göstərir.

Məsələn, bu fotodakı stolüstü saata diqqət etsək, saat 9-a qalır, kameranın saatı isə 04:05-i göstərir:


Bu fotoda isə Mirzəyevin qol saatında 13:20-dir. Kamera saatı isə 23:14-dür:


Bu isə bir daha təsdiqləyir ki, çəkilişdə istifadə olunan kamerada vaxt ayarı düzgün tənzimlənməyib. Məlumdur ki, belə çəkilişlər adətən Çin istehsalı olan kameralarla çəkilir. Çin istehsalı olan kameralarda video-qeydiyyat tarixi istehsal ilindən başlayır. Onu ayarlamaq da çətin olur. Çünki tarixi, saatı dəyişmək üçün bir neçə mərhələni keçmək lazımdır. Menyü isə Çin dilində olduqda bu məsələ ikiqat çətinləşir və demək olar ki, mümkünsüz olur. Görüntülərin keyfiyyəti də onu deməyə imkan verir ki, Zaur Mirzəyev intim oyunlarını aşağı meqapikselli Çin istehsalı olan kamera vasitəsilə qeydə alıb. Görünür o, qurbanlarının duyuq düşməməsi üçün bu tip kameradan istifadə edib. Əks halda uzaqdan kamerası açıq qalan telefon qadınların diqqətini çəkər və şübhələnməsinə səbəb ola bilərdi.

Videoların 2014-cü ildə çəkilmədiyini təsdiqləyən başqa məqamlar da var. Zaur Mirzəyevlə cinsi əlaqədə olan qadınların əllərindəki telefonlar 3 kadrda aydın görünür. Bəlli olur ki, onların istifadə etdikləri telefonlar tam ekran smartfonlarıdır.

Bu smartfonlar isə 2017-ci ildən sonra bazara daxil olmağa başlayıb. Məsələn, smartfon bazarına liderlik edən Apple iPhone tam ekranı 2017-ci ildə tətbiq etdi, əvvəllər ekrana toxunuş düyməsi aşağıda ayrıca düymə kimi idisə, 2017-ci ildən barmaq izi düyməsi displeyin içinə daxil edildi.

Görüntülərə diqqət edəndə aydın olur ki, qadınların əlindəki smartfonlar tam ekrandır.

2014-cü ildə şaquli formada 3 kameralı smartfon olmayıb. Həmin vaxt istehdal olunan smartfonlarda arxa kamera sayı maksimum 1 ədəd olub.

Bu dəlillər vasitəsilə hadisənin nə vaxt baş verdiyini bir qədər də dəqiqləşdirmək mümkündür. Başqa sözlə, həmin smartfonlarla hadisənin baş verdiyi ili təyin etmək olar. 

Belə ki, intim görüntüsü yayılan qadınlardan birinin işlətdiyi smartfon 2019-cu ilin oktyabrın 16-da satışa buraxılmış Xiaomi Redmi Note 8 markasıdır. Nəzərə alsaq ki, yeni markalar bizim bazara istehsal olunduqdan bir müddət sonra gəlir, onda əminliklə demək olr ki, görüntülər heç də 2020-ci ildən əvvələ aid deyil. Hətta həmin çəkilişlərin 2021-2022-ci illərdə aparıldığı ehtimalı daha yüksəkdir. Çünki digər smartfonlar daha müasirdir.

Beləliklə, araşdırmalar təsdiq edir ki, görüntüləri qeydə alan kameranın saatı düzgün tənzimlənməyib. Saat ayarlanmaybsa, deməli, il, ay və gün də ayarlanmayıb. Bir sözlə, görüntülər yenidir və güman ki, istintaqın gedişində bu, öz təsdiqini tapacaq.

635x100

Şərhlər

Qaqaw 2022-08-20 15:21:38

bu nede??? bu ne biyabirciliqdi??? El cek sen davay,el cek sen davay fahiseliye qarwi durmaq lazimdi eeedavay sen bura girme get agilli ol,soram gelib uzr istiyersen seymur bala

Seymur 2022-08-18 09:57:54

Belke fahusheleik movzusunu cox uzadiriq . maraqgi artiririq. Bize bu lazimdir? kiminse cezasini verecekler onsuzda her shye aydindir . EL cekeyin bu meseleden

Cəmşid Dərələyəzli 2022-08-18 08:45:07

Məntiksiz yanaşma. ortada bir gerçək var. Nazirliyin əməkdaşları iş vaxtı dövlətin idarəsində əxlaqsızlıq edirlər.. Hərbiləşdilmiş bir dövlət strukturunun bu halə gəlməsi dövlətin imicinə böyük zərbədir. Ona görə də ən yaxşı halda Nazir başda olmaqla rəhbərlik istefaya getməlidir.

Güman, ya Versiya 2022-08-17 17:50:43

Belə nazil olur ki, Zaur Mirzəyev FHN vəzifəsinə real (siyuminutnıy) namizədmiş ki, cəld uzaqlaşdırmaqdan qeyri çıxış qalmayıb?

OXUCU 2022-08-17 17:10:48

ƏN YAXŞISI BU VİDİOLARDA ADLARI HALLANAN İNSANLAR TƏCİLİ ÖZLƏRİNİ ASSINLAR.QADINLAR LAP TEZ.SU QABI SUDA SINAR.

Son yazılar