Menu

Kadırovçulardan ibarət növbəti silahlı dəstə Ukraynaya yola salınıb – VİDEO

17.08.2022, 20:30
Kadırovçulardan ibarət növbəti silahlı dəstə Ukraynaya yola salınıb – VİDEO

Çeçenistan lideri Ramzan Kadırov döyüşlərdə iştirak etmək üçün Ukraynaya növbəti dəfə silahlı dəstə göndərib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Ukraynanın “UNİAN” Agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Ukraynaya göndərilən könüllülər Rusiya Xüsusi Təyinatlı Qüvvələrinin xüsusi təlim kursunu keçiblər və döyüşə hazırdırlar. Paylaşılan videodan aydın görünür ki, döyüşçüləri daşıyan avtobuslar, eləcə də onların hərbi geyimləri Ukraynadakı işğalın rəmzinə çevrilən “Z” simvollarıyla bəzədilib.

Hadisəni şərh edən ukraynalı hərbi ekspert Mixail Pritula bunları deyib: “Çeçen əsgərləri könüllü gedirlər? Düşünürəm ki, onlar Kadırovun bəyan etdiyi iştirak zərurətini anlayır və liderlərinin arxasınca gedirlər. İstəsələr də, istəməsələr də. Bilmirəm, bunu istəyirlər ya istəmirlər, amma onlar bunu etməyə borcludurlar. Çünki onlar çeçen xalqının üzvləridirlər”.

Ekspert iddia edir ki, döyüşə gedən çeçen muzdluların maaşları tam şəkildə ödənilir.

"Bu, açıq-aydın onların müharibəsi deyil. Çeçenlər yaxşı anlayırlar ki, onlar yalnız Kreml rejimi süqut edəcəyi halda, əvvəlki azadlıqlarına qovuşa biləcəklər”, - hərbi ekspert bildirib.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol