Menu

Türkiyə Aralıq dənizində ilk qazma işlərinə başlayıb - FOTO

17.08.2022, 21:30
Türkiyə Aralıq dənizində ilk qazma işlərinə başlayıb - FOTO

Türkiyənin “Abdülhamid Han” adlı dördüncü qazma gəmisi bu gün Aralıq dənizində ilk qazma işlərinə başlayıb.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez “Twitter“ hesabında paylaşım edib.

O qeyd edib ki, gəmi ilkin olaraq “Yörükler-1” quyusunda təbii qaz axtarışına başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol