Menu

İŞİD lideri öldürüldü

09.11.2014, 23:03
İŞİD lideri öldürüldü

Əl Bağdadi yaralanandan bir neçə saat sonra ölüb

İŞİD terrorçu qruplaşmasının lideri Əl Bağdadi öldürülüb. ANS PRESS-in məlumatına görə, ABŞ-ın döyüş təyyarələri dünən İŞİD terror qruplaşmasının liderlərinin toplantı keçirdiyi binaya raket zərbələri endirən zaman yaralanan Əl Bağdadi bir neçə saat sonra ölüb.

Bu barədə Reuters xəbər agentliyi məlumat yayıb.

Qeyd edək ki, dünən ABŞ-ın döyüş təyyarələrinin bombardmanı zamanı Əl Bağdadi ağır yaralanmışdı.

Əl Bağdadi təcili Suriyaya yola salınmışdı. Zərbələr nəticəsində İŞİD-in bir neçə səhra komandiri də ölmüşdü. Məlumata görə, qruplaşmanın nümayəndələri yaralı silahlılara qan köçürmək üçün şəhər əhalisinə müraciət edərək qan verməyi xahiş etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol