Menu

DSX rəisi işğaldan azad olunmuş dövlət sərhədlərimizdən DANIŞDI

18.08.2022, 10:27
DSX rəisi işğaldan azad olunmuş dövlət sərhədlərimizdən DANIŞDI

“İşğaldan azad olunmuş dövlət sərhədlərimizdə qısa müddət ərzində sərhəd zastavalarının fəaliyyəti bərpa edilib”.

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.

O qeyd edib ki, Zəngilan, Qubadlı rayonlarından və Laçın rayonunun bir hissəsindən keçən Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsinin təşkili məqsədilə 19 yeni hərbi hissə kompleksi, 110 sərhəd-döyüş məntəqəsi, “Eyvazlı” və “Qazançı” dövlət sərhədindən buraxılış məntəqələri inşa edilib, Füzuli Beynəlxalq Hava Limanında sərhəd nəzarəti işi təşkil edilib.

Sədr əlavə edib ki, Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası daimi olaraq yenilənir: “Sərhəd bölmələri müasir silahlarla, döyüş texnikaları ilə, xüsusi avadanlıqlarla, yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat, sualtı əməliyyat və müşahidə vasitələrilə, istehkam avadanlıqları və qoruyucu vasitələrlə təmin edilirlər”. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol