Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Rusiyaya ekstradisiya olunub

Moldovanın Kişinyov şəhər aeroportunda qətl və s. ağır cinayətlərdə təqsirli bilinə Azərbaycan vətəndaşı Əliyev Vüsal Vahid oğlu Rusiya tərəfinə təhvil verilib.

APA xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk açıqlama verib.

Məlumata görə, Vüsal Əliyev 2021-ci ilin fevralında Rusiyanın Leninqrad vilayətinin Şlisselburq şəhərindəki kafelərdən birində insan ölümü ilə nəticələnən silahlı insidentdə iştirak edib.

Barəsində Rusiya Cinayət Məcəlləsinin 4 maddəsi ilə iş açılan Azərbaycan vətəndaşı beynəlxalq axtarışda idi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar