Azərbaycan Prezidenti Monqolustana səfərə dəvət olunub

Azərbaycan Prezidenti İlham Əliyev Monqolustana səfərə dəvət olunub. "Report"un xəbərinə görə, bu barədə Monqolustanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Munxbayar Qombosuren avqustun 18-də Prezident İlham Əliyevə etimadnaməsini təqdim edən zaman bildirib.

Q.Munxbayar son illərdə, xüsusilə 2018-ci ildə Monqolustan Prezidentinin Azərbaycana səfərindən sonra ikitərəfli əlaqələrin fəal şəkildə inkişaf etdirildiyini deyib. Səfir bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının otuz illiyinin qeyd olunduğunu vurğulayaraq Monqolustan Prezidentinin Azərbaycan Prezidentinə onun üçün münasib vaxtda ölkəsinə səfərə dəvətini çatdırıb.

Prezident İlham Əliyev dəvəti minnətdarlıqla qəbul edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar