Menu

Samuxda Qarabağ qazisi intihara cəhd edib - Baş Prokurorluqdan AÇIQLAMA

18.08.2022, 15:47
Samuxda Qarabağ qazisi  intihara cəhd edib - Baş Prokurorluqdan AÇIQLAMA

Baş Prokurorluq bu gün Samuxda Vətən Müharibəsi iştirakçısının intihara cəhd etməsi ilə bağlı məlumat yayıb.

Pokurorluğun mətbuat xidməti xəbər verir ki, avqustun 18-də, saat 11 radələrində 1989-cu il təvəllüdlü Təbriz Abdullayevin Samux Rayon İcra Hakimiyyətinin inzibati binasının önündə özünü yandıraraq intihara cəhd edib.

Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.

Təbriz Abdullayev "Gənc Qazilər" İB-nin Samux rayon Filialının sədridir.

Qeyd edək ki, Təbriz Abdullayev əvvəlcə Gəncə şəhərindəki xəstəxanaya yerləşdirilsə də, sonradan Bakıya - Respublika Yanıq Mərkəzinə göndərilib. Onun bədəninin 60 faizə qədərinin yandığı bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol