POLKOVNİKİN KABİNETİNDƏ NEÇƏ QADINLA MÜNASİBƏTDƏ OLDUĞU AÇIQLANDI - "O, çox ləyaqətsiz və vəhşidir..."

“Qadında cəsarət, cürət, mənlik olmalıdır. Bu keyfiyyətlər də hər qadında yoxdur. Kişi onlara ilk dəfə əl atanda şikayət edə bilərdilər. Bəlkə, yaxşı pul qazandıqlarına görə işdən çıxmaq istəməyiblər. Amma həmin o anda qadın kişini məhkəməyə verə, yığışıb bir yerdə ondan şikayət edə bilərdilər. Deyirlər, 12 qadındır. Şikayət etsəydilər, bu məsələ də ortalığa çıxmazdı”.

Bu sözləri "Yenisabah.az"-a hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu FHN-də baş verən intim video qalmaqalını şərh edərkən deyib.

O, bildirib ki, ilk növbədə, bu, çox çirkin məsələdir: “Bu gün bu millətin qazi, qiymət artımı və s. mühüm dərdləri qurtarıb, bu məsələni ortalığa atıblar. Kim atıbsa, Allah ona lənət eləsin! Cəmiyyət bu çirkin əməli müzakirə edir.

Bu ölkədə Azərbaycan millətinə məxsus olmayan hadisələr baş alıb gedir. Onu yayanın da ata-anasına lənət olsun! Bunu uşaq, qadın, kişi izləyir. Düzdür, qadınlar ləyaqətsizlik edib. Bunu da hər kəsin ayağına yazmaq olmaz. Hər ailə bir-birinə oxşamır. Bu başqalarının da ailəsində problemlərə gətirib çıxarda bilər. Nəticədə də qadın alçalır. Videodakı polkovnikə mən kişi deyə bilmərəm. O, çox ləyaqətsiz və vəhşidir”.

Novella Cəfəroğlu bu məsələdə qadınların şantaj olunma ehtimallarını yüksək olduğunu da diqqətə çatdırıb: “Əgər həmin kişi videonu çəkib kiməsə göstərirsə, deməli, bu qadınları şantaj edirmiş. Bu ləyaqətsizin qadınları şantaj etməsi ehtimalı yüksəkdir. Hər bir müəssisədə nəsə çatışmazlıqlar ola bilər. Qadınları şantaj edərək bu hərəkətə boyun əydirib. Hər şey ola bilər. Amma bunu ictimailəşdirmək olmaz. Bunu təhlükəsizlik orqanları tapmalıdır”.

Novella Cəfəroğlu qisas almaq üçün bu cür əməllərin olmasını pisləyib və davam edəcəyini də istisna etmir: Belə hadisələr Azərbaycanda olmamalıdır. Kimlərsə elədisə, bunu dəb halına gətirmək olmaz. Bunu qisas forması kimi hamı bir-birinə edəcək. Bu, həm də qadınları alçaltmaqdır. Həmin qadınların ailəsi, uşağı var. İndi cavan qızların davranışlarında problemlər var. Mən o qadınlara haqq qazandırmıram. Bu, heç bir idarədə, heç bir müəssisədə olmamalıdır...."

"O ehtimal da var ki, qadınlar işini qorumaq üçün bu təklifə razılıq veriblər. Şikayət etsəydilər, bu məsələ də ortalığa çıxmazdı. Bütün hallarda qadınların şantaj olunduğuna inanıram. Cavan oğlandır, polkovnik, şöbə müdiridir. Bunların ondan asılacağı var idimi? Hər bir məqamda asılıolma məsələsi ortalığa düşür. Qadın özündə cürət tapıb bundan imtina edə bilərdi. Bundan sonra başqaları da diqqətli olub, belə hərəkətlər etməzlər” - deyə, Novella Cəfəroğlu bildirib. 

635x100

Şərhlər

Elman 2022-08-20 00:04:27

Polkovnik cavan və ona təyin ediən yüksək maaşla təmin olunub və çox ehrimal ki,bu ayağı sürüşkən qadınları generallara da təklif edib.Ola bilsin ki, onun əsas işi bu olub.Çünki generalın n çox işi var ki,hələ köməkçi saxlasınlar. Yəqin Mirzıəyev qadınlar üzrə mütəxəssis olub.

Roma 2022-08-19 14:15:38

Novella xanıma həmişə hörmət bəsləmişəm, ancaq onun bu işlə bağlı dediklərini qəbul etmirəm, yəni qadınlara iradını onların məhkəmələrə müraciət etməmələri və s...bildirir ki, mən də bununla razılaəmıram. Belə ki, həmin qadınlar özləri necə deyərlər həvəsnən, deyə-gülə, sidqi-ürəkdən bu işi yerinə yetirirlər. İnanın səmimiyyətimə otaqda mən tək, o videoya axıra qədər baxa bilmədim...

Ərzuman 2022-08-19 13:42:05

Necə ola bilər ki, illərlə davam edən bu hallar Nazirlik və nazur tərəfindən bəlli omayıb? Bu mümkündürmr?Əgər bəlli olmayıbsa o zaman FHN necə idarə olunub?Yalnız rüşvət nəzarətdə olub? Bəs yığılan rüşvətlərin paylanması sxemi?Mənzillərin hər kv.metr hesabı,icazə rüşvətləri?Bir də PKK məsələsi!.

şikayət edən 2022-08-19 09:27:25

Oxşar hallarla bağlı ombudsmana, əmək müfəttişli,adminstrasiya, ailə qadın problemləri, milli məclisə və s . yerlərə ünvanlanmış müraciətlər aidiyyatı üzrə elə şikayət edilən şəxsə göndərilib. məhkəmə isə dolayısıyla əməllərə haqq qazndıraraq iddanı təmin etməyib. budur. budur reallıq... şikayət yox bir. dövlət özü şərait yaradır belə hallara. guya rəis illərdir baş verənləri bilmir? qəbul otağnı geyinib soyunma otağı ediblər...

Tural 2022-08-18 20:07:40

Bunun hər bir nazirlikdə baş verməsi üçün zəmin onda hazırlanır ki, cavan nazirlər gələn kimi cavan "dostlarını" gender siyasəti adı ilə ətrafına toplayır. Məsələn gənclər idman nazirinin rəqs məsələsi lap tez özünü göstərdi. İndi bu manyak Zaur özü özünü aşkar elədi. Qalanları bir az qapalı edir...

Rəfail 2022-08-18 17:50:18

Mən heç bir halda o şərəfsizə haqq qazadırmıram, oqadınlarda onun tayıdır, onun qədər və bəlkədə çox şərəfsizirlər!

RAHİM 2022-08-18 17:44:28

HÖRMƏTLİ NOVELLA XANIM LƏYAQƏTLİ KİŞİLƏRI HEÇ VAXT VƏZİFƏYƏ GƏTİRMİRLƏR. MƏMURLAIN ÇOXU QOHUMLUQ VƏ YERLİBAZLIQ ƏSASINDA VƏZİFƏYƏ GƏTİRİLDİYİNƏ GÖRƏ BELƏ HALLAR BAŞ VERİR.

Son yazılar