Ermənistanda silahlı qruplaşmalar arasında atışma olub - Ölən və yaralanan var

Ermənistanda silahlı qruplaşmalar arasında atışma olub. “Report”un xəbərinə görə, bu barədə “Shamshyan.com” məlumat yayıb.

Məlumata görə, hadisə Armavir əyalətində qeydə alınıb.

Atışma zamanı 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb, onlardan biri tibb müəssisəsində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, polis hadisənin başvermə şəraitini araşdırır. Cinayətdə iştirak edən şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış və istintaq hərəkətləri həyata keçirilir.

Qeyd edilir ki, hadisə yerində avtomobillər, “Makarov” markalı tapança və qan izləri aşkar edilib.

Məlumata görə, atışmada ölən şəxsin atası keçmiş polis əməkdaşı olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar