“QİYAMƏT GÜNÜ” VƏD EDİRDİ, İNDİ POSTUNU SİLİR... – Medvedevdən daha bir biabırçı hərəkət

Rusiyanın keçmiş Prezidenti, hazırda Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev "Telegram"-da Krım yarımadası ilə bağlı yazdığı hədə-qorxu postunu silməyə məcbur olub.

Xatırladaq ki, o, iyulun 17-də "Ukrayna Krımı geri qaytarmağa cəhd edərsə, ona elə qiyamət günü törədəcəyik ki, ondan gizlənmək çox çətin olacaq", - deyə Zelenski hökumətini hədələmişdi.

Eks-prezident əlavə etmişdi ki, Ukraynanın və ya NATO üzvü olan dövlətlərin Krımı "Rusiyanın ərazisi" kimi tanımaqdan imtina etməsi Rusiya Federasiyası üçün sistemli təhlükədir: "Onlar dişlərini qıcayıb mırıldamağa cəhd edir, ayrı-ayrı vəcdə gələn qanlı oyunbazlar isə vaxtaşırı yerindən hoppanıb hansısa bəyanatlar verir, hələ, üstəlik, bizə hədə-qorxu gələrək, Krıma hücum etmək və s. barədə boşboğazlıq edirlər. Bax, bununla əlaqədar demək istəyirəm ki, onlar belə bəyanatların nəticələrini anlamır, çünki belə bir şey baş verərsə, onların hamısı üçün "qiyamət günü" olacaq, həm də elə sürətli və ağır olacaq ki, gizlənmək çox çətin olacaq".

Medvedevin rüsvayçı addım ataraq postunu silməyə məcbur olması son həftələrdə Ukrayna Silahlı Qüvvələrinin Krımda yerləşən hərbi aviabazaları, silah-sursat anbarlarını diversiya və raket atəşləri ilə məhv etməsi, Putin hakimiyyətinin isə bu zərbələr qarşısında aciz qalması ilə bağlıdır. Dünən axşam Rusiyanın öz ərazisində - Belqorod şəhərində silah-sürsat anbarının məhv edilməsi isə Kremlin artıq müdafiə mövqeyini də itirməyə məcbur olmasından xəbər verir.

Elspertlər bildirirlər ki, yaxın günlərdə Ukrayna ordusunun hücumları daha sistemli və şiddətli hal alacaq, bu halda Rusiya daha böyük itkilərlə üzləşəcək və tədricən Ukraynada işğal etdiyi ərazilərdən geri çəkilməyə məcbur olacaq.

Rasim Əliyev

"AzPolitika.info"

635x100

Şərhlər

Elmira 2022-08-20 08:48:22

Ay Roma, sən də russan?

Roma 2022-08-19 14:19:22

Mən Ukrayna Dövlətindən şəxsən xahiş edirəm, Medvedyevi əsəbləşdirməsinlər. Bu sizin üçün Putin deyil ha, dedi qurtardı, ...Kişidi bu...

Son yazılar