Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı - Ölən olmayıb + FOTO

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 499 yeni yoluxma faktı qeydə alınıb, 478 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, son sutkada COVID-19-dan ölən yoxdur.

Ölkədə bu günədək ümumilikdə 807 516 nəfər koronavirusa yoluxub. Onlardan 794 225 nəfər müalicə olunaraq sağalıb, 9 784 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 3 507 nəfərdir.

Son gün ərzində 3 438, hazırkı dövrədək isə 7 113 616 test aparılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar