“Düşünməyin ki, hansısa hücum planlaşdırıram, Ukraynanı Belarus ərazisindən bombalayacağıq və sair. Mənim elə bir arzum yoxdur ki, sizin və mənim uşaqlarım döyüşsünlər. Nəyin uğrunda? Bizim sakitləşməyimiz lazımdır”.
“AzPolitika.info” xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko müəssisələrin birindəki çıxışı zamanı deyib.
Lukaşenko bildirib ki, Belarus minlərlə ukraynalı qaçqını qəbul edib və yerləşdirib. O, əlavə edib ki, həmin insanların qeydinə qalmaq lazımdır: “Çünki onlar müharibənin dəhşətlərini görüblər”.
Bununla yanaşı, Belarus Prezidenti növbəti dəfə müharibənin uzanmasında ABŞ-ı və Polşanı günahlandırıb. Onun fikrincə, Avropanın digər ölkələrinə qalsaydı, bu müharibə çoxdan bitmişdi.
Qeyd edək ki, Rusiya Belarusun Ukrayna ilə sərhədinə çoxlu sayda raket kompleksləri yerləşdirib. Ukraynada hesab edirlər ki, ölkənin müstəqillik günü – avqustun 24-də həmin ərazidən Kiyevin və digər şəhərlərin bombalanması gözlənilir.
“AzPolitika.info”


Şərhlər