Ukrayna Krım körpüsünə hücuma başlayıb? – “Partlayış səsləro o qədər güclü olur ki...”

İşğal edilmiş Krımın Rusiya tərəfindən təyin edilmiş rəhbərinin müşaviri Oleq Kryuçkov avqustun 18-i axşam "Telegram" səhifəsində Kerç boğazında hava hücumundan müdafiə sisteminin işə düşdüyünü bildirib. Kerç boğazı yarımadanın şərqində yerləşir, onun üzərindən Kerç körpüsü keçir. Ukrayna hakimiyyəti körpünü potensial zərbə hədəfi adlandırır.

Qeyd edək ki, sosial mediada səmada zenit raketi kimi görünən videogörüntülərin cümə axşamı axşam şəhərdə lentə alındığı yazılır.

İşğal olunmuş Zaporojye vilayətində Rusiya tərəfindən təyin edilmiş administrasiyanın nümayəndəsi Vladimir Roqov isə deyib ki, ilkin məlumata görə, Krım körpüsündən xeyli məsafədə Ukraynaya məxsus pilotsuz uçan aparat vurulub. Amma bu məlumatın rəsmi təsdiqi yoxdur.

Taman Federal Avtomobil Yolları İdarəsinin mətbuat xidmətindən TASS dövlət agentliyinə bildiriblər ki, Krım körpüsündə nəqliyyatın hərəkəti adi qaydada həyata keçirilir.

“Krım.Realii” portalı isə yerli sakinlərin məlumatlarına istinadən xəbər verir ki, bütün şəhərdə partlayışlara bənzər səslər eşidilib. Partlayış səsləri o qədər güclü olub ki, evlərdə pəncərələr titrəyib, avtomobillərin sirenləri işə düşüb.

Xatırladaq ki, Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak “The Guardian” qəzetinə müsahibəsində bildirib ki, Kiyev Krım körpüsünü dağıdılmalı qanuni hədəf hesab edir. “Politico” nəşri isə Ağ Evdəki mənbəyə istinadən xəbər verir ki, ABŞ Prezidenti Co Bayden administrasiyası Ukraynanın Rusiyanın ilhaq etdiyi Krımdakı hədəflərə zərbə endirməsinə icazə verib.

Şahidlərin bildirdiyinə görə, körpünün dayaqlarında künc reflektorları olan barjalar yerləşdirilib və bu, obyektə zərbələrin qarşısını almalıdır. Lakin açıq mənbələrə görə, hazırda Ukraynada ona ciddi ziyan vura biləcək silahlar yoxdur. Bundan əlavə, körpü arxa tərəfdə dərinlikdə yerləşir.

“Kerç.info” nəşrinin məlumatına görə, gün ərzində şəhər ərazisində Rusiya hərbçilərinin təlimləri keçirilib. Nəşr güclü partlayışların onlarla əlaqəli ola biləcəyini ehtimal edir. Rəsmi olaraq Rusiya hərbçiləri Kerçdəki təlimlər barədə məlumat verməyib və şəhərdəki partlayış səslərini şərh etməyiblər.

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar