Menu

Mediasiya xərclərinin dövlət büdcəsi hesabına ödənilməsi qaydası dəyişib

20.08.2022, 11:02
Mediasiya xərclərinin dövlət büdcəsi hesabına ödənilməsi qaydası dəyişib

Nazirlər Kabineti “Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası”nda dəyişiklik edib.

Bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, qaydada öz əksini tapmış bəndlərdən biri ləğv olunub. Ləğv olunan bənd aşağıdakıdır:

"Bu Qayda tərəflərdən hər hansı biri ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyi halda tətbiq edilmir".

Qeyd edək ki, mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxslərə aşağıdakılar aiddir:

- ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin müvafiq yerli qurumlarında və “DOST” mərkəzlərində işsiz kimi qeydiyyatda olan şəxslər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol