Menu

Qubada meşələrin 500 hektarı yanıb, yanğın lokallaşdırılıb

20.08.2022, 13:32
Qubada meşələrin 500 hektarı yanıb, yanğın lokallaşdırılıb

Quba ərazisində baş verən yanğın artıq lokallaşdırılıb.

"Report" xəbər verir ki, bunu Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elvin Baxışov bildirib.

O qeyd edib ki, hazırda bir qədər tüstülənmə var, digər ərazilərə keçmə təhlükəsi yoxdur:

"Quba rayonunun bələdiyyə ərazisində baş verən yanğın sonradan meşə fondu sahəsinə keçib. Ərazi dağlıq relyefə malik olduğundan və güclü küləyin təsiri nəticəsində yanğın zamanı 500 hektar meşə fonduna ziyan dəyib”.

Şərhlər

qaraguruh 2022-08-20 17:33:18

Qubanın bütün rəhbərliyi həbs edilməlidir--bunlar nə işlə məşğuldullar--balaca bir rayonu bu həssas aylarda nəzarət altında saxlamaq nə qədər çətindir ki????

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol