Menu

Şabranda yanğın söndürülüb, Siyazəndə isə 40 hektar ərazi yanır – Rayonun deputatı

20.08.2022, 13:42
Şabranda yanğın söndürülüb, Siyazəndə isə 40 hektar ərazi yanır – Rayonun deputatı

"Avqustun 19-u axşam saatlarından Siyəzən rayonunun Dağ Quşçu və Ərziküş kəndinin meşələrində başlayan yanğın 40 hektara yaxın ərazini əhatə edir. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) 300 canlı qüvvəsi, 5 ədəd yanğınsöndürmə avtomobili, Aviasiya dəstəsinin “BE-200 ÇS” tipli amfibiya təyyarəsi və 3 ədəd helikopteri cəlb edilib və operativ qaydada qabaqlayıcı tədbirlər həyata keçirilir. Qeyd edim ki, FHN-nin müavini, general-leytenant Etibar Mirzəyev də hadisə yerinədədir".

Bunları "AzPolitika.info"-ya Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, rayonun deputatı Sadiq Qurbanov deyib.

Millət vəkili əlavə edib ki, Şabranda yanğın əsasən söndürülüb, amma bəzi ocaqlar qalıb: "Kəndlərə elektrik enerjsinin verilməsi bərpa olunub, bir neçə saat ərzində təbii qazın verilməsi də həlini tapacaq. Qubada da vəziyyət nəzarət altındadır, amma təəssüf ki, yenidən külək başlayıb. Orada bir bir neçə ocaq qalmışdı, küləyin onları yenidən alovlandırması ehtimal var". 

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol