Menu

Ədliyyə naziri rektorun oğluna vəzifə verdi - Rəis müavini təyin olundu

20.08.2022, 18:20
Ədliyyə naziri rektorun oğluna vəzifə verdi - Rəis müavini təyin olundu

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin rəis müavini təyin olunub.

"Qaynarinfo" xəbər verir ki, ədliyyə naziri Fikrət Məmmədovun müvafiq əmri ilə bu vəzifəyə bir müddət əvvəl Abdullayev Mehdi Kamal oğlu layiq görülüb.

M.Abdullayev bu ilin aprel ayından Ədliyyə Nazirliyində çalışmağa başlayıb. O bir neçə il əvvəl də Azərbaycan Respublikası Ədliyyə Nazirliyində aparıcı mütəxəssis, İstintaq İdarəsində müstəntiq işləyib.

Qeyd edək ki, Mehdi Abdullayev Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın oğludur. M.Abdullayev bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin müşaviri vəzifəsində çalışıb.

Şərhlər

X 2022-08-21 19:27:27

Əsl inkişaf. Analoqu olmayan idarecilik

Mustafa 2022-08-21 15:17:26

Adam paxıl olmaz.Mehdi müəllim çox savadlı hüquqşünasdır, hüquq elmləri doktorudur

İ.Mustafaoğlu 2022-08-20 23:14:11

Kasıbın savadlı oğluna vəzifə verən varmı ?

Şəkili 2022-08-20 18:58:14

Ədliyyə Nazirinin neçə yaşı var?Pensiya yaşı çatmayıb?Pensiyaya göndərisə iidi bəlkə Ədliyyə nazirliyində bir qayda yaranardı və Şəki İcra hakimiyyətinin Hsn bəydən canı qurtarardı. Şəki dağılmış kəndə çevrilib.Hər yer sökülür,tikən tapılmır.İnsanlar illətlə şəhər mətkəzində toz içində yaşamağaməcburdi58 il bndan əvvəl başlayan kanalizasiya,su layihələri başa çatdırlmır.Büdcə yeyilir,i isə yoxdur.F.Məmmədov isə bu pozuntuları üzə çıxarmağa,yeyintiləri aşkarlamağa imkan vermir.

Mustafa 2022-08-20 17:21:58

Mehdi müəllimə halaldır,çox savadlı hüquqşünasdır,elmlər doktorudur

Seçici 2022-08-20 16:28:18

Vəzifəyə təyin olunanlar qoca vəzifəlilərin nəslindəndirlər

Teymur Hacıyev 2022-08-20 15:51:49

Yenə hansısa rektorun, rəisin, nə bilim hansısa məmurun oğlu. A balam axı ali məktəblərə qəbul olanlardan yüksək bal toplayanlar kasib, zəhmətkeş balalarıdır axı . Bəs onlar hara yoxa çıxırlar ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol