Son günlər dünyanı narahat edən əsas məsələlərdən biri Avropanın ən böyük Atom Elektrik Stansiyası hesab olunan Zaporojye AES ətrafında baş verən hadisələrdir. Elspertlərin fikrincə, rus hərbçilərinin nəzərəti altında olan AES-də hər an nüvə qəzası baş verə bilər.
Bəs, nüvə fəlakəti baş verərsə, hansı ölkələrə daha çox təsir edəcək?
“AzPolitika.info” xəbər verir ki, bu barədə ukraynalı nüvə mütəxəssisi Olqa Koşarna Britaniya mediasına açıqlamasında bildirib ki, Zaporojyedə baş verə biləcək qəzanın fəsadları çox ağır olacaq: “Mümkün radiasiya sızması daha çox Türkiyə, Rusiyanın bəzi hissələri və Krıma təsir edəcək”.
Sızıntının 23 saat ərzində Türkiyəyə çata biləcəyi ilə bağlı xəbərdarlıq edən ukraynalı mütəxəssis, 9 Avropa ölkəsinin bu hadisədən təsirlənəcəyini bildirib: “Təsirin əhatə dairəsi küləyin istiqamətindən asılı olacaq. Belə bir ssenaridə radioaktiv sızma Bolqarıstan, Rumıniya və Qara dənizdən keçərək, 23 saat ərzində Türkiyəyə çatacaq. Həmçinin Çexiya, Macarıstan və Polşanın da radioaktiv qəzadan ziyan görəcəyi ehtimal edilir”.
“AzPolitika.info”


Şərhlər