“Qazprom”un tədarükçüsü, “Pipe Metallurgical Company” şirkətinin keçmiş baş direktoru və səhmdarı, milyarder Dmitri Pumpyanskiyə məxsus olan “Axioma” adlı superyaxta Cəbəllütariqdə hərraca çıxarılır.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” nəşri məlumat yayıb.
Məlumatda bildirilir ki, superyaxta ABŞ-ın “JP Morgan” investisiya bankının 20 milyon dollarlıq hüquqi iddiasından sonra Cəbəllütariq hökuməti tərəfindən saxlanılııb.
“JP Morgan” bankı milyarderin sanksiyalara məruz qaldıqdan sonra kredit şərtlərini pozduğunu bildirib və Cəbəllütariq məhkəməsindən yaxtanı saxlayaraq, satmağını xahiş edib.
Cəbəllütariq Məhkəmələri Xidmətinin sözçüsü bildirib ki, Ali Məhkəməyə admirallıq iddiası təqdim edildikdən sonra yaxtanın üzərinə həbs qoyulub: “Məhkəmənin qərarına əsasən satışın hərrac yolu ilə keçirildiyini nəzərə alsaq, yaxtanın hansı qiymətə satılacağını və hərracda neçə nəfərin iştirak edəcəyini deyilə bilməz”.
Hərraca rəhbərlik edən Cəbəllütariq Ali Məhkəməsinin Admiral marşalının brokeri Naycel Hollyer isə bildirib ki, hərracda dünyanın müxtəlif ölkələrindən 30-dan çox insanın iştirak edəcəyi gözlənilir.
Yaxtadan əldə olunan vəsaitin ABŞ-ın “JP Morgan” investisiya bankının hesabına köçürüləcəyi bildirilir.
Məlumat üçün qeyd edək ki, Alberto Pinto tərəfindən dizayn edilən yaxta 2013-cü ildə Türkiyədə “Dunya Yachts” şirkəti tərəfindən hazırlanılıb.
Əvvəlki adı “Qırmızı Meydan” olan yaxtanın həftəlik kirayə xərci 558 min dollar olub. 72,5 metrlik yaxtada altı dəbdəbəli qonaq otağı, üzgüçülük hovuzu, 3D kinoteatr otağı, idman zalı, cakuzi və tam təchizatlı spa mövcuddur.
“AzPolitika.info”


Şərhlər