Birləşmiş Ştatlar Ukraynaya yeni hərbi yardım paketi təqdim etmək niyyətini bəyan edib. Bu barədə məlumaatı avqustun 19-da Pentaqonun rəsmi nümayəndəsi verib. O bildirib ki, yeni paketin ümumi dəyəri 775 milyon dollardır.
ABŞ bu paketlə Ukraynaya 16 ədəd 105 mm çaplı haubitsa topları, 15 ədəd "Scan Eagle" kəşfiyyat dronları, 40 ədəd zirehli texnika və 1000 ədəd "Javelin" antitank kompleksi və onun üçün sursat verəcək. Bundan başqa:
- HIMARS-lar üçün döyüşlərin intensivliyini dəyişən raketlər;
- AntiRadar (HARM) raketləri. Bu silah Rusiyanın HHM sistemlərini məhv etmək üçün effektlidir;
- 1500 TOW raketi;
- 2000 tank əleyhinə mərmi.
və yaxın aylarda NASAMS HHM sistemləri Ukraynada olacaq.
Beləliklə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlanandan bəri ABŞ-ın Kiyevə verdiyi hərbi yardımın ümumi dəyəri 10.6 milyard dollara çatıb.
Bu arada Böyük Britaniyanın Ukraynaya silah-sürsat göndəriləmsəində fəallığının azalması diqqət çəkir. Ekspertlərə görə, London hazırda anti-Putin koalisiyasına rəhbərlik edən 2 ölkədən biridir və bu cür strateji əhəmiyyətli, güclü ölkənin prosesdən kənarlaşması müəyyən fəsadlar yaradır.
Bu məsələnin kökündə Britaniya daxilində baş verən proseslər dayanır, söhbət Baş nazir vəzifəsi uğrunda mübarizədən gedir. Hazırda Britaniya siyasi elitası üçün həssas dönəmdir və bütün diqqətini daxili proseslərə yönəldib. Amma qısa zaman ərzində Londonun Ukraynaya hərbi dəstək prosesinə qayıdacağı gözlənilir.
Qeyd edk ki, 2 sentyabrda seçkilərin son günüdür, 5 sentyabrda qalibin adı açıqlanacaq, 6 sentyabrda isə qalib Baş nazir vəzifəsini icra etməyə başlayacaq.
Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı fevralın 24-də başlatdığı tammiqyaslı müharibə artıq 6 aydır ki, davam edir.
Rusiya Ukraynanın Donetsk, Luhansk, Xerson və Zaporojye vilayətlərinin bir hissəsini zəbt edə bilib. Ekspertlər hazırda cəbhə xəttində durğunluq vəziyyətinin yarandığını bildirirlər. Onların firkincə indilik heç bir tərəfin hücuma keçmək üçün kifayət qədər resursu yoxdur. Moskva Qərb ölkələrini Ukraynanı silahlandırmaqla münaqişəni eksalasiya etməkdə günahlandırır. Ukrayna bildirir ki, müharibəni bütün ərazilərini azad edənədək davam etdirəcək.
Rasim
"AzPolitika.info"


Şərhlər