Menu

Kəmaləddin Heydərovun xidmətlərini dəyərləndirməmək nadanlıqdır!

20.08.2022, 16:43
Kəmaləddin Heydərovun xidmətlərini dəyərləndirməmək nadanlıqdır!

Fövqəladə Hallar Nazirliyinə (FHN) tabeli strukturlardan birində 2014-cü ildə çəkilmiş intim videogörüntülərin bugünlərdə internetdə yayılması bütün medianın gündəmini zəbt etmiş, həmçinin geniş ictimaiyyətin müzakirə mövzusuna çevrilmişdir. 

Təəssüflə qeyd edilməlidir ki, işin təfərrüatını dərindən bilməyən, adını, soyadını xırda hərflə yazan bəzi yazarlar, sosial şəbəkə istifadəçiləri bu kampaniyaya qatılmış və əllərində heç bir əsas olmadan nazir Kəmaləddin Heydərovu da bu çirkin işə cəlb etmək istəyərək, onu ittiham etməyə başlamışlar. Halbuki, nazirin bu məsələdə heç bir məsuliyyəti yoxdur.

Xatırlatmalıyam ki, nazir Kəmaləddin Heydərovun rəhbərlik etdiyi struktur keçmiş sovetlər dövründə deyil, müstəqillik illərində yaradılan ən son nazirliklərdən biridir. Nazirin gərgin zəhməti, uzaqgörən siyasəti, istedadı sayəsində FHN təşəkkül tapmış, formalaşmış və ən müasir texnika ilə silahlandırılmışdır.

Bu gün nazirlik, onun yerli orqanları baş verən istənilən xoşagəlməz hadisənin qarşısını qətiyyətlə alır və lazım gələndə meşə yanğınları zamanı qardaş Türkiyyənin də imdadına çatır.

Bunu nazirliyin işinə bələd olanlar və nazir Kəmaləddin Heydərovu lap yaxından tanıyanlar bilirlər ki, o, FHN-də vətənini, xalqını qanı, canı qədər sevən, işini dərindən bilən savadlı, sanballı və nüfuzlu şəxslər hesabına ən etibarlı kadr korpusu formalaşdırmışdır. Nazir ötən illər ərzində öz əməlləri, fəaliyyəti ilə ölkə başçısına yüzlərlə sədaqət nümunələri göstərmiş, özünü, kim olduğunu təsdiq etmişdir.

Bir də baxırsan ki, biri özünü körpüdən, digəri binanın 9-cu mərtəbəsindən atmaq, başqa birisi isə fərqli üsulla intihar etmək iştəyir. Nazirliyin Xüsusi Rikli Xilasetmə Xidməti dərhal hadisə yerinə yollanır, təhlükə aradan qaldırılır, ən başlıcası, ailələr sevinir, könüllər şad olur.

Yeri gəlmişkən, Xilasetmə Xidmətinin rəisi Şahmar Paşayevin də xüsusi xidmətlərini qeyd etmək yerinə düşər...

Kəmaləddin Heydərovun nazir olaraq imza atdığı uğurlar yüzlərlədir. Onun xeyriyyəçilik fəaliyyəti də bütün Azərbaycana bəllidir. K.Heydərovun dəstəyi ilə yüzlərlə xəstə şəfa, çoxlu sayda ailələr nicat tapıb. O, kimsəsizlərin kimsəsi, tərəfsizlərin tərəfindədir. Bu insanın qəlbi sanki qurub yaratmaq, yaxşılıq etmək eşqi ilə döyünür, lakin pusquda durub məqam gözləyən namərdlər, bədxahlar da az deyil.

Mən, ömrümün qürub çağlarını yaşayan bir ziyalı ağsaqqal kimi üzümü sizlərə tutub, deyirəm: Sizin qarayaxma rubrikası açıb Kəmaləddin Heydərova böhtan atmağınız sizlərə ucalıq gətirməz. Bu yol sizləri məhvə, qaranlıq zülmətə sürükləyir. Nə qədər gec deyil, tutduğunuz bu yoldan çəkinin. 

Yazmaq istəyirsinizsə, bu gün Respublikamızda öz həllini gözləyən yüzlərlə sosial problemlərimiz var, buyurun, yazın. K.Heydərovun 8 il öncə nazirlik sistemində qeydə alınmış intim videoya görə nə məsuliyyəti var, nə cavabdehliyi! Gizli deyil ki, bu cür hallar Respublikamızın bütün dövlət qurumlarında mövcuddur. Qoy, oxucu güman etməsin ki, mən ağsaqqal olaraq bu yazını kimlərinsə sifarişi ilə yazıram. Əsla yox, mən Kəmaləddin Heydərovu şəxsən tanımıram, televizorda görmüşəm, amma onun barəsində çoxsaylı, dəqiq məlumatlarım var.

Tofiq İsmayılov, təqaüdçü

Şərhlər

kamal 2022-08-21 11:35:26

......... olan yerdə, nə danışmaq olar!

Kamil 2022-08-21 11:03:03

Guya bundan ağıllı,işgüzar adam tapılmırdı?Bu da Azərbaycanı soyub,yığıb,reklam üçün yalandan öz yaxınlarına yardım edib özünü ortaya atıb.Naxçıvanlıları gömrüyə kim ylğlb?FHN "generallar"l haradandrılar ?l

R 2022-08-21 07:44:57

Milletimizin her gün bahalaşan erzaq mehsulları, komunal xidmetleri, Qarabağ boyda derdi qalıb bir kenarda. Düşmüşük iyrenc bir xeberin ardınca. Vezifeni hop deyib verende sonu bele olur. Azerbaycan’da bu gün hansı qurumu gezsen bundan da pisdir

qaraguruh 2022-08-20 20:34:38

qaraguruh sözündən xoşunuz gəlmisə adımı dəyişim--yoxsa qorxursuz-mən qormuram--qorxum keçib artıq--burdan oyanası yoxdur--Azərbaycan xalqı- yəni türkləri planlı şəkildə alçaldılır--yazdıqlarımı qoyun oxusunla Azərbaycanlılar

Səbuhi 2022-08-20 19:03:30

Kəmaləddin müəllim Fəttah kişinin oğludur. O, hər zaman ölkəmizə və Ali baş komandan CƏNAB PREZİDENT İLHAM ƏLİYEVƏ SADİQDİR.

t.ədalət 2022-08-20 18:24:04

Əvəzolunmaz kadrlar yoxdur....

dadaşyev 2022-08-20 18:21:53

Ümumiyyətlə,bizim toplumun ən gözəl bacardığı iş çayxanalarda ağız-ağıza verib təmiz adamlara şər,böhtan yaxmaq,lağ edib hırıldamaq,papağını yerə soxmaq,evini yıxmaqdı.Arada-bərədə,küncdə-bucaqda özümüz səviyyəli biriləriylə baş-başa verib yaşımıza-başımıza,saç-saqqalımıza baxmadan mırta xosunlaşmaq həyat şüarımıza çevrilib.Şəxsən mən bu adam haqqında pis heç nə deyəmmərəm,çünki FHN-nin layiqli işi göz qabağındadı,üstəlik adam bəstəkardı və tip olaraq da özünə hörmət edən ləyaqətli kişilərdəndi,hansı ki yüksək vəzifələrdə olanlar arasında belələri defisitdi zəmanəmizdə.O boyda nazirliyin idarələrində hansısa yaramaz adamların birilərinin sifarişiylə etdiyi tərbiyəsizlik bir inəyin bir naxırı korlaması kimi bir şeydi.Xatırlatmaq istərəm ki,bu gün çörək də bahalaşdı.Diqqət edin:çörək kimi son dərəcə əhəmiyyətli bir qidanın bahalaşması “faciə”sini intim video məsələsi sanki ikinci plana keçirtdi.Amma əslində necə olmalıdı?Bir nömrəli məsələ çörək məsələsi olmalı deyilmi?Çünki ailələr var gücü çörəyə verir,ət-yağ almağa pulu çatmır.Neft-qazımız olmasaydı çörəyin bahalaşmasına faciə deməzdim.Amma məsələn 70 dollara büdcədə hesabını tutduğumuz neft ilin əvvəlindən yüz dollardan yuxarı satılmırmı,bu hesabla azı 4-5 milyard dollar əlavə pul yığılmayıbmı profisit,yəni artıq halında?O göydən gələn milyardların yüzdə biriylə respublikada çörəyin,unun qiymətini kompensasiya etmək,hətta aşağı salmaq nə çətin məsələymiş yəni?Bax bunu düşünməmək üçün FHN-dəki bir yaramazın çəkdiyi intim videoları düşünməlisiniz,ay qara camaat,...

daşdəmir 2022-08-20 17:02:29

ağsaqqal, hamı hər kəsi tanıyır. .

Elxan 2022-08-20 16:48:52

Nəvələrini oynatsan daha yaxşı olar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol