“DXR” və “LXR”-da səfərbərliyə alınmış əhali bir-birinin ərazisində vuruşmaqdan imtina və Donbas-Luqansk vilayətlərində «çağırışa» qarşı üsyan edir.
Bu barədə «Teleqram»da dezinformasiyaya qarşı Mərkəz xəbər verib («UNİAN»).
Vilayətlərin milli təhlükəsizlik şurası nəzdindəki Mərkəzin məlumatına görə, şərti olaraq «luqansklı» və «donetskli» adlara bölünmə yaşanır və orada tərəflərdən hər biri əmindir ki, yalnız öz ərazisində vuruşmalıdır.
İdarədə əlavə edildiyi kimi, Donetsk və Luqanskdan olan muzdlular hiss edirlər ki, onlar Rusiya üçün «ikinci növ»dürlər. Onlardan «ətlik mal» kimi istifadə olunur - ukraynalıların mövqelərini aşkarlamaq və Rusiya SQ-nin irəliləmsi məqsədilə.
Ön cəbhədə işğal olunmuş ərazilərdə səfərbər olunmuşlardan rusiyalı hücumçuların qarşısında qoruyucu dəstələr qoyurlar.
«Rusiyalı kontrakçılardan fərqli olaraq, Donetsk və Luqanskda səfərbər edilmişlərin ölümü üçün qəpik-quruş ödənilir. Ona görə Rusiya Federasiyasının itkiləri «susqun səfərbərlik» yolu ilə kompensasiya etmək cəhdləri getdikcə daha çox qətiyyətli müqavimətlə üzləşir» - Mərkəzdə yekunlaşdırıblar.
AzPolitika.info


Şərhlər